Əbülfət Mədətoğlu: Bu gecə...

13.04.2026

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlim əlinə çatıbdı         
Bilmirəm, olub  bu  necə...                
Şəklin  gözümdə  yatıbdı  -           
Özün, sinəmdə  bu  gecə....

Allahın  hikməti   dərin        
Yazanı  var  xeyir- şərin...           
Fırladıb  illərin  pərin -                 
 Közün,  sinəmdə  bu  gecə...

Əbülfət, başdan  belədi-
O, ancaq  sevgi  dilədi!        
Cənnətin  ətrin  çilədi -        
Üzün, sinəmdə  bu  gecə!..
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью