Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
TANRIM qədər sevdiyimin və ən doğmalarımın hiss etdirdiyi
Mənə baxıb..
Ya da lap uzaqdan görüb-
Baş bulayıb,
Ya köks ötürüb..
Sonra
Sağ əlini
İç üzü üstə
Çənəsinin altında,
Yəni xirtdəyinin bərabərində
Və həm də,
Guya gizlicə
Göstərib çəkməyin!
Çünki, belə bir an-
Mütləqdi!-
Hər kəsin həyatında...
Doymaq...
Cana doydurmaq...
Kəsəsi artıq olmaq!
Həm də ...
Hər gün bir az da artıq!
Bunu duymaq...
Duyduğunla
yaşamaq
Çox çətin...
Belə bir sonluğunu
Düşünməmişdim Əbülfətin...