Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baxışların tumurcuq -
Gülüşünü andırır...
Bu mürgülü tumurcuq -
Gülüş , məni yandırır!
Havalanmış hisslərin
Yolu buludu keçir...
Qucaqlamaq istəyən -
Qolu , umudu seçir!
Bu duruma düşəndə -
Çətindi, ayı seçmək...
Ağıllı düşünəndə,
Tək çıxış - çayı keçmək!
...Bir tumurcuq gülüşün
Dadından sallanmışam..
Vüsalın özündən çox,
Həsrətə aldanmışam...
Şeirin bədii təhlili:
Əbülfət Mədətoğlunun "Tumurcuq gülüşü..." şeiri lirik qəhrəmanın daxili iztirablarını və sevgi hisslərini emosional dillə ifadə edən uğurlu bir nümunədir.
Şeirin əsas mövzusu sevgi, həsrət və vüsala çatmağın çətinliyidir. Müəllif real qovuşmaqdan daha çox, intizarın və ümidin insan ruhunda yaratdığı fırtınaları bədii şəkildə təqdim edir. "Baxışların tumurcuq gülüşünü andırır", "Mürgülü tumurcuq gülüş" və "Hisslərin yolunun buludu keçməsi" poetik obrazlılığı artırır.
Gülüşün tumurcuğa bənzədilməsi hələ tam açılmamış, gizli qalan bir sevincin, ümidin rəmzidir. "Vüsal" və "həsrət" anlayışları qarşı-qarşıya qoyulur. Qəhrəmanın vüsaldan çox həsrətə aldanması daxili ziddiyyətin bədii ifadəsidir.
"Çayı keçmək" ifadəsi çətin bir sınaqdan keçməyi, sevgidə qətiyyətli addım atmağı simvolizə edir. Bu, çıxılmaz vəziyyətdən yeganə xilas yolu kimi göstərilir. Şeir klassik dördlük (bənd) formasındadır.
Sadə, axıcı və xalq dilinə yaxın bir üslubda yazılmışdır. Ritm və qafiyə quruluşu daxili həyəcanı və emosionallığı uğurla tamamlayır. "Tumurcuq gülüşü..." poetik duyğuların səmimi və təbii ifadəsi olunmaqla, oxucuda dərin emosional təsir oyadan, həsrətin fəlsəfəsini vizual obrazlarla canlandıran uğurlu bir lirik əsərdir.
Sevil Azadqızı