Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sentyabrın 11-də saat 15.00- də Qazax Rayon İcra Hakimiyyəti və AYB-nin Qazax Rayon Şöbəsini təşkilatçılığı ilə tanınmış şair, publisist, Əməkdar jurnalist, "Ədalət" qəzetinin Baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlunun Qazaxda Ədəbiyyat Muzeyində oxucularla görüşü keçiriləcək.
Adalet.az xəbər verir ki, görüşdə şairin yaradıcılığından söhbət açılacaq, şair oxucuların suallarını cavablandıracaq. Ədəbiyyatsevərlər və oxucular görüşə dəvət olunur!