Icma.az bildirir, Adelet.az portalına istinadən. Yaxın günlərin söhbətidi. Nəşriyyatda qarşılaşdıq. Həmişəki kimi hal-əhval tutduq.
Sonra «Samur» qəzetindən, eləcə də çox dəyərli həmkarım, istedadlı yazıçı, şair, publisist Sədaqət Kərimova barəsində söhbət etdik və söhbət əsnasında öyrəndim ki, Müzəffər müəllimin yeni kitabı işıq üzü görüb.
Əslində isə bu kitabın çap tarixi 2022-ci ilə aiddir. Sadəcə olaraq mən onu ilk dəfə əlimə aldığımdan mənim üçün yeni sayılır.
Kitab «Qəlbimin söz ağrısı» adlanır. Şeirlər və poemalardan ibarət olan bu kitab Müzəffər Məlikməmmədovun son illərdə yazdığı bir-birindən m
Kitaba ön söz yazmış şair, jurnalist Sədaqət Kərimova vurğulayır ki, «şeirlərinin mayasında öz xalqına olan böyük məhəbbəti dursa da, şair o
Daim doğma elinə xələl gətirən bəlaların kökünü axtarmağa çalışır.
Yurdunun taleyini öz taleyindən bir an belə ayırmır».Mən ön sözdən gətirdiyim bu iqtibası ona görə xüsusi qabardıram ki, həqiqətən Müzəffər Məlikməmmədov yaradıcılığında aid olduğu el-obaya, doğulduğu torpağa sevgi bütün varlığının ifadəsidir.
Yəni o, bir söz adamı olaraq bütöv Azərbaycanın bir parçası olan Samurun, Şahtağın təsvirini də hər kəsə hopdura biləcək bir məharətlə poeziyaya gətirir.