Əbülfət Mədətoğlu: Saatda...

10.08.2026

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yenə  həmin yerdə, həmin  keçiddə 
Gəlib dayanmışam , gözüm saatda...
Vərəqlər  çevrilir  hər  an  içimdə - 
Nələr  axtarıram özüm saatda?!.

Gah  asi  oluram, gah  biət  edən  
Vüsalı  əbədi  son  niyyət  edən! 
Tək  mənəm  kədərlə  ünsüyyət  edən -
Dəyişmir  heç  vaxtı  sözüm. saatda!..

Bulud  göydən yerə  damcı  sallayıb   
Gözlərim  torlanıb, saçım  çallayıb... 
Qalmayıb, ilahi, vallah  qalmayıb - 
Nə  məndə, nə  də ki, dözüm, saatda!..

Həsrətdi  ruhumu  qovub tərlədən  
Fikirdi, ağrıdı  məni  çərlədən... 
Sözü  şişə  çəkib  nəfəs  dərmədən -  
Çatdırdım, sönmədən közü, saatda!.. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью