Icma.az bildirir, Adelet.az portalına istinadən. Təkcə ədəbiyyat adamları deyil, bütün Azərbaycan, eləcə də türk dünyası onu tanıyıb, tanıyı
Çünki o, od-alov idi. Sazı sinəsinə sıxanda… mikrafonu əlinə götürəndə… söhbətə başlayanda ...bir anın içərisində hamının diqqətini özünə yö
Onda elə bir ilahi vergi var idi ki, adamı sorğusuz- sualsız, izinsiz- filansız öz aurasına çəkə bilirdi…öz dinləyicisinə, tamaşaçısına çevi
Səsi o qədər yatımlı idi ki, radio dalğasında yayılan kimi dərhal diqqətini toplayırdın və bilirdin ki, bu səsin sahibi sevdiyin Zəlimxan Ya
Ən çox da çalışdığım «Ədalət» qəzetindəki iş otağımda. Hər gəlişində özü ilə bir özəl dünya gətirirdi mənə. Məsləhəti ilə, söhbətləri ilə.
Hətta bəzən səmimi danlaqları ilə də, iradları ilə də məni yaxşıca tənbeh edirdi.
Bu, onun içdən gələn və təmənna ummayan böyük İNSANLIĞI idi, QARDAŞLIĞI idi.
Nədənsə, hansısa məqamdansa incikliyimi, küsməyimi duyan kimi özünəməxsus bir şəkildə deyirdi:- Əbülfət, bunlar nədir ki.