Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Səpir məzarın üstünə
Ovcuna yığdığı yaşı...
Düşünür mütləq isidər -
Ana , göz yaşı, bu daşı!
Silir saçının ucuyla
Daşdakı şəkilin üzün...
Hönkürmür, toxtaq göstərir-
Bu ana , oğluna özün!...
Danışmır, sadəcə baxır
Unudub bütün sözləri...
Şəhid ruhları bələyir -
Nuruna , ana gözləri!