Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır. Qollarımı düyün salıb sinəmdə Yaddaşımı ələyirəm canım, tək...
Sızıldayır ruhum kimi sinəm də -Bu ağrını ovuduram canımtək!Elə bil ki, bitib bütün hay- haray, Bu məqamda necə deyim ay, haray!..İşartısın, ömür adlı bir saray - Hiss etdirmir, indi sənə anım tək!Gözlərimdə dumanlanıb dağ, dərə Sel yuyubdu itib indi yol, bərə!
Dərk edirəm bunu artıq min kərə - Doğulmuşam yanmaq üçün - yanım tək!Əbülfətəm, sən də ruh tək məndəsən,-Həm bütövük, həm də para mənlə sən!Hər məqamda, hər zamanda mənləsən -Necə bunu de, gizlədim, danım, tək!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.