Əbülfət Mədətoğlu: TƏKLİF

03.08.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Çıx  qarşıma, yenə  məni  ovsunla   
Soz  tapmayım.. hətta  dilim  titrəsin... 
Sənə  tərəf  addım  atım - bir...iki -         
Üçüncüdə  sol  ayağım  büdrəsin...

Dodağından qaçıb  keçsin  təbəssüm  
Hiss  edəndə  varlığının  gücünü ...
Demə ki ha, vurulmağa  tələsdim -
Tanımadan  sənin  şıltaq  bürcünü!

Mən  susmaqla  nəsə  deyim, göstərim   
Sən  baxmaqla   ifadə  et  özünü!  
Əsgər  kimi  sıra  tutub  hisslərim - 
Dinləməyə  hazırdılar  sözünü!..

Bu  halımı  öz  halınla  yarı  bil  
Ovsununun  hikmətində , durulum... 
Ürəyini  ürəyimin  barı  bil -
Dönə- dönə, hər  an  sənə  vurulum!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью