Əbülfət Mədətoğlu: TƏLƏSDİ BU PAYIZ

03.11.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buludların  budaqları  sallanıb,
Yarpaqların  yanaqları  xallanıb...
Zirvələr də  ada-budda  çallanıb -
Tələsdi  bu  payız, yaman tələsdi...

Yığıb  qurtarmamış  qarışqa  dənin
Ayağı  açıldı dumanın, çənin...
Üzündə  ümidlər  gülməmiş  sənin -
Tələsdi, bu  payız,  yaman  tələsdi....

Yola  çevrilməmiş   salınan  cığır
Tökülən   ləçəklər könüllər  sıxır...
Hər  küncdən, bucaqdan bir  payız  çıxır -
Tələsdi, bu  payız,  yaman  tələsdi....

Saralan  vərəqə  çevrilir  dünən...
Yalnız  xatirədi  geriyə  dönən!
Bir  də  ürəyimdi   hələlik  dinən-
Tələsdi, bu  payız,  yaman  tələsdi....

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью