Əbülfət Mədətoğlu: Ürəyim...

17.02.2026

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çiliklənir,  su  üstəki  kölgə tək    
Ləpələrin   axınında  ürəyim..          
Dönüb olur sədəf boyda bölgə tək  -                    
Ürəyinin  yaxınında, ürəyim!

Damarında  acı  olan  şirində, 
Bir  ümidi  daşa  dəyir, birin də -  
Cücərdiyin  hiss eləyir  dərində - 
Hər  sözünün  axırında,  Ürəyim!

Zaman səssiz ,   günlərimi ələyir,   
İçimdəki  tənhalığım  mələyir...  
Büküb  səni  varlığına, bələyir -
Bu  həsrətin , daxılında,  ürəyim!..

Söykəyidi  ilk  anımdan  göz  gözün
Alovunda  yana - yana  köz - közün!
Əbülfət ki, gizlətməyir  öz- özün -
Açıb tökür  paxırını, Ürəyim!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью