Əbülfət Mədətoğlu: VARMI

01.10.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fikir  çözən  varmı  görən                  
Oturum, danışım  çözsün!      
Özümlə  sükutdan  səs  dərən                    
Götürüm, danışım, çözsün!..

Bir  an  gözünü  yum, gedim     
Üyüdüm daşı, qum   edim...     
Son  vərəqi də  şum  edim - 
Ötürüm, danışım çözsün...

Xatırlayıb  hər  bir  halı,             
Çək  çiynimdən  bulud  şalı!  
Ümidlə  bağlı sualı -                      
Bitirim, danışım  çözsün...

Acı  dadsa  sözün  məti            
Demə  başqa   sözün  nədi?!. 
Bu  şeirdə  Əbülfəti -                               
İtirim, danışım ... çözsün!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью