Əbülfət Mədətoğlu: Vaxtdı, ürəyim...

27.07.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gecikdim  qapıda  qarşılamağa  
O da ki, izinsiz  keçdi  içəri...
 Gücüm də  çatmadı  qarşı  çıxmağa  - 
Onu  doğması  tək  seçdi, içəri!

Zərbələr  aldıqca  hiss elədim kii,  
Gah  sinəm  göynəyir, gah da  kürəyim...
Həsrətə  bilmirəm  mən  neylədim ki,  
Qaldı  ortalıqda  duyan  ürəyim!..

Dözüm  əridikcə  təklik  gücləndi  
Ağrı da  qol-qanad  verdi  kədərə!.. 
Düz  etdim,  ya  yanllış  ... amma əzəldən  -  
Qapım  açıq  oldu  hər  vaxt   qədərə!..

Sorğusuz, sualsız  gələn  sevgiyə  - 
Ev-eşik, həm də ki, taxtdı  ürəyim!   
Ona  əl  açmadım , mən  ki, "SEV!" - deyə ..
Bu  sirr  özün  aç, vaxtdı! -  ürəyim... 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью