Əbülfət Mədətoğlu: Xatırladar

21.08.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Söykəndiyim qaya  qopub, daş  qopub       
Nəriltisi  yeri, göyü  titrədir... 
Kipriyimin  ucunacan  yaş  hopub  -  
Anlamıram, heç  bu  necə  fitrədir?!.

Bu   gördüyüm bəd  üzüdü həyatın    
Kimsə  boğur  sanki  məni  tək  əllə...   
" Baxıb  gedər"  pıçıldayan  bayatım - 
Sən  dilimdə   qırıq-qırıq  kəkəllə...

Sanki  gəzir  ruhum  indi  hər  yanı,
Xəyalımda  körpülüdü  dağ, aran...
Çəkib  gecə  gözlərimə  al-qanı -
Ya bəlkə də , dan yeridi  ağaran!..

Acısın da  sıxıb  içdim  günlərin  
Bir çiçəyin, bir  gözəlin  adına...
Arasında  dolaşanda  güllərin  
Bir  kəpənək  salar  məni  yadına...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью