Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu payız ömrümün Baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ!- əbədi vüqarı oldu -
Sildi Azərbaycan gözünün yaşın!..
Yazıldı adına müjdəli tarix-
Səksəndi bu yurdun kövrək səhəri!
Çıxartdı əynindən işğal köynəyin -
Xanın kəndi oldu ZƏFƏR şəhəri!
Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!
Qürur bələndikcə Vətən büsbütün ,
Coşan ürəyim də dalğa yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!