Əbülfət Mədətoğlu:Bu yağış

26.10.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu yağış  kimin  üzünə -                  
Yağır  ələnə, ələnə...                     
Torpaq  qayıdır  özünə -                     
Nura  bələnə, bələnə...

Yağır  otların  xətrinə                  
Yağır  güllərin  ətrinə...                   
Quruyan  ağac  çətrinə -   
Yağır , sellənə - sellənə...

Yağır  bir  körpə  telinə                   
Yağır  bir  ata  əlinə...                 
Dualı  ana   dilinə-                     
Yağır,  yellənə, yellənə...

 Yağır  , bir  daşın  adına     
Yağır  bir  quş  qanadına...    
Edib  alğış  bir  Qadına -                  
Yağır, tellənə, tellənə... 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью