Əbülfət Mədətoğlundan yeni kitab FOTO

23.11.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub.  "Tənhalığın rəngi" adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.

Adalet.az xəbər verir ki, 500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir. Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər. 

Qeyd edək ki, Əbülfət Mədətoğlu Respublikanın əməkdar jurnalistidir. Şeir və kitabları Türkiyədə, İranda, Rusiyada çap olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью