Əbülfəz Gözəlinin anım mərasimi keçirildi

10.09.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şərqi Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə təbrizli dağçı Əbülfəz Gözəlinin anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Mərasimdə iştirak edən azərbaycanlı, iranlı və əcnəbi dağçılar Gözəli barədə çıxışlar ediblər.

Şərqi Azərbaycan Alpinizm Federasiyasının başçısı Əmir Hüseyn Behdad Əbülfəz Gözəlinin Təbriz və Azərbaycan adını dünyada alpinizm tarixinə yazdığını deyib:

“Messi və Ronaldo dünya futbolunun ulduzu olduqları kimi, Gözəli də dünya alpinizminin ulduzlarındandır və o dırmanışları ilə Təbriz və Azərbaycanın adını dünya zirvələrində əbədiləşdirdi”.

Xatırladaq ki, Əbülfəz Gözəli 15 ynvar 2026-cı ildə 8481 metr hündürlüyü olan Makalo zirvəsinə qalxıb və zirvədən qayıdan zaman itkin düşüb.

İki həftə davam edən axtarış xilasetmə işləri nəticə verməyib və azərbaycanlı dağçının axtarışı yanvarın 29-da dayandırılıb.

Qeyd edək ki, Təbrizin "K2" alpinizm klubunun başçısı olan Gözəli dünyanın 7 min metrdən hüdür 10 zirvəsinə dırmandığı üçün beynəlxalq “Qar qaplanı” dərəcəsini alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью