Ece Erken qalmqalın mərkəsində Acunu sildi

19.08.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli aparıcı Ece Erken jurnalist Aysu Molanın yutub proqramında onun haqqında səsləndirilən tənqidi fikirlərdən sonra sosial media paylaşımı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, hadisə Magazin Jurnalistləri Dərnəyinin fəxri sədri Nurettin Soydanın Aysu Molanın proqramında Ece Erken haqqında səsləndirdiyi fikirlərdən sonra baş verib. Ece buna cavab olaraq sosial media hesabında Molanın başörtüsü taxmasını və geyim tərzini hədəf alan ifadələr işlədib. Paylaşımlarını qısa müddət sonra silən aparıcı buna baxmayaraq sosial mediada ciddi reaksiyalarla üzləşib.

Aysu Mola isə Erkenə sərt cavab verərək heç kimin onun başörtüsünə və geyiminə müdaxilə etmək haqqının olmadığını bildirib. O, Erkenin paylaşımına münasibət bildirərək “Sənə nə mənim başörtümdən?” deyərək onun paylaşımı niyə sildiyini də sorğulayıb.

Bundan sonra Ece Erkenin TV8-də yayımlanan “Gel konuşalım” proqramının əməkdaşlarını və kanalın rəhbər şəxslərini sosial şəbəkədə izləmədən çıxarması da diqqət çəkib. Bu siyahıda kanalın sahibi Acun Ilıcalı, proqramın aparıcılarından Nur Tuna Namlı, prodüser Feraye Tanyolaç, kanalın baş direktoru Aslı Çini və proqramın redaktorları yer alıb.

Həmçinin, Erkenin “Gel konuşalım” proqramındakı fəaliyyətinin sona çatdığı da iddia olunub. Onun işdən çıxarıldığı iddiaları yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью