Ece Erken TV8 dən çıxarılıb?

03.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

TV8-in yeni mövsüm təqdimat afişasında Ece Erkenin yer almaması sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub. 
Demokrat.az
xəbər verir ki, onun "Gel Konuşalım" proqramından ayrıldığı, hətta işdən çıxarıldığı barədə paylaşımlar gündəmə gəlib. İzləyicilər məşhur aparıcının proqramdakı gələcəyi ilə bağlı açıqlama gözləyirlər.
TV8-in yeni mövsüm üçün yayımladığı təqdimatda Hakan Hatipoğlu və Hanzade Durmuşun "Gel Konuşalım" proqramı ilə ekrana qayıdacağı bildirilib. Lakin uzun müddətdir proqramın aparıcıları arasında yer alan Ece Erken və Nur Tuğba Namlının afişada olmaması diqqət çəkib.
Bu vəziyyət sosial şəbəkələrdə Ece Erkenin proqramdan uzaqlaşdırıldığı ilə bağlı çoxsaylı iddiaların yayılmasına səbəb olub. Qısa müddətdə yayılan xəbərlər maqazin gündəminin əsas mövzularından birinə çevrilib.
Ece Erken yayılan iddialara sosial media hesabı vasitəsilə münasibət bildirib. Aparıcı yeni mövsümlə bağlı hələ dəqiq qərarın verilmədiyini qeyd edib. Erken açıqlamasında "Sentyabr ayında hamınız xəbər tutacaqsınız" ifadəsini işlədərək iddialara cavab verib.
Bununla da onun proqramdakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Son qərarın yeni mövsüm başlamazdan əvvəl açıqlanacağı gözlənilir.
Ece Erken kimdir?
Ece Erken 11 may 1978-ci ildə Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda anadan olub. Əslən Samsunlu olan Erken atasının hərbçi olması səbəbindən uşaqlıq illərində Ağrı, Ankara və Şimali Kipr kimi müxtəlif bölgələrdə yaşayıb.
O, təhsilini İstanbul Beşiktaş Atatürk Anadolu liseyində başa vurub. Aparıcılıq karyerasına isə hələ 12 yaşında Şimali Kiprdə Bayraq Radio Televiziyasında başlayıb.
Ece Erken "Radyo Vizyon", "Radyo Genç", "Kral TV", "Metropol FM", "Alem FM", "Show Radyo" və "Radyo Viva" kimi müxtəlif radio və televiziya qurumlarında çalışıb. O, xüsusilə səhər proqramları və maqazin verilişləri ilə geniş auditoriyanın tanınmış simasına çevrilib.
Karyerası ərzində "Star TV", "Show TV", "ATV", "FOX TV", "Beyaz TV", "TRT 1" və "TV8" kimi kanallarda müxtəlif proqramların aparıcısı olub.
Ece Erken aktyorluq fəaliyyəti ilə də ekran qarşısına çıxıb. O, "Nilgün", "Aşk ve Gurur" və "Lise Defteri" seriallarında rol alıb.
Rol aldığı seriallar:
* "Nilgün" (2000)
* "Aşk ve Gurur" (2002)
* "Lise Defteri" (2003)
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью