Ece Üner saxlanılıb

27.11.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyədə “Halk TV” telekanalına qarşı aparılan istintaq çərçivəsində daha 9 nəfər saxlanılıb.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, onların arasında telekanalın aparıcıları Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da var.
Məlumata görə, Halk TV-nin xəbər direktoru Hakan Kürşad Oğuzun da saxlanılması barədə qərar çıxarılıb.
Onun hazırda xaricdə olduğu bildirilir.
Məlumatına görə, ümumilikdə 12 nəfər barəsində saxlanılma qərarı verilib.
Qeyd edək ki, iş cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar əsasında açılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью