Əcəmi haqqında filmin çəkilişi başlayıb │ FOTOLAR

30.06.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illik yubileyinə həsr olunub. Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir.

Filmin çəkilişi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir.
Filmin bu ilin oktyabr ayına kimi təhvil verilməsi planlaşdırılır Çəkiliş meydançasından ilkin görüntüləri təqdim edirik.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью