Bizimyol saytına istinadən Icma.az xəbər verir. Bakı metrosunun mərkəzi stansiyalarından biri olan Memar Əcəmi ərazisi son vaxtlar həm sakin
Burada saysız-hesabsız kafelər fəaliyyət göstərir, lakin həmin kafelərdə müşahidə olunan problemlər ərazinin imicinə mənfi təsir edir.
Sakinlərin və ərazidə vaxt keçirən gənclərin sözlərinə görə, kafe sahibləri müştəri cəlb etmək üçün qeyri-adi üsullara əl atır.
Xüsusilə kafenin qarşısında dayanan gənc qızlar müştəri cəlb etməyə çalışır ki, bu da ərazidə xoşagəlməz mənzərə yaradır və insanlar arasında mənfi fikir formalaşdırır.
Bundan əlavə, kafelərdə işlədilən söz və ifadələr etik normalara uyğun deyil.
Gənclər və valideynlər bildirirlər ki, açıq-saçıq, qeyri-etik və kobud ifadələrdən istifadə edilməsi ərazidə xoşagəlməz atmosfer yaradır.
Bu vəziyyət təkcə sakinləri narahat etmir, eyni zamanda ərazini ziyarət edən turistlər və digər şəhər sakinləri üçün də xoşagəlməz təəssürat yaradır.
Mütəxəssislər bildirirlər ki, belə halların qarşısını almaq üçün yalnız cərimələr və nəzarət kifayət etmir.