Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xüsusi ilə şəhərdə tez-tez əcnəbi dillərdə reklam görmək mümkündür.
Bu cür hallar bəzən vətəndaşlar tərəfindən narazılıqla da qarşılanır.
Maraqlıdır, bəs bu məsələ necə tənzimlənir?
Bu barədə hüquqşünas Rəşad SəfərovGununsesi.info -ya danışıb.
Onun sözlərinə görə, küçə reklamları Azərbaycan qanunvericiliyi ilə müəyyən qaydada tənzimlənir və dil seçimi də bu tənzimləməyə daxildir.
Burada bəzi əsas hüquqi məqamlar var:
1)Rəsmi dilin qorunması: “Azərbaycan dili haqqında” Qanuna görə, ictimai yerlərdə, o cümlədən reklam lövhələrində Azərbaycan dili istifadə olunmalıdır. Əcnəbi dil əlavəsi mümkündür, amma Azərbaycan dili mətnin görünən yerində olmalıdır.
2)İcazə və qeydiyyat: Küçədə reklam yerləşdirmək üçün yerli icra hakimiyyəti və ya bələdiyyədən icazə tələb olunur. İcazə olmadan yerləşdirilən reklam qanunsuz sayılır.
3)Məzmun tələbləri: Reklam məzmunu qanunvericiliyə uyğun olmalıdır; zorakı, narkotik, təbliğat xarakterli və ya uşaq üçün zərərli material qadağandır.
Nəticə budur ki, əcnəbi dil istifadə oluna bilər, amma reklamın əsas mətni Azərbaycan dilində olmalı və icazə prosedurları, təhlükəsizlik və etik tələblər qorunmalıdır.
Qeyd edək ki, qanunsuz reklam lövhələri sökülə və inzibati cəriməyə səbəb ola bilər.
Elmar