Əcnəbi ekspertlər: “Azərbaycan COP 29da bəzi xarici dairələrin qara piarını iflasa uğratdı…
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda keçirilən COP29 sammitində 4 günlük gərgin iş nəticəsiz qalmadı- ekspertlər və jurnalistlər əldə olunmuş ilk razılaşmalardan məmnunluqla danışırlar.
Xüsusilə, forum iştirakçıları qlobal “yaşıl” gündəliyin mühüm vəzifələrini, BMT-nin məqsədlərinə çatmaq üçün atılan addımları, qlobal temperatur artımının məhdudlaşdırılması üzrə Paris Sazişində təsbit olunmuş iqlim öhdəliklərinə sadiqliyini fəal şəkildə nümayiş etdirərək müzakirə ediblər.
Ekspertlər hesab edir ki, bəzi xarici dairələrin Azərbaycana qarşı qara piar kampaniyası alınmadı.
Amerikalı və Belaruslu ekspertlərin “Caliber” analitik mərkəzinə şərhlərini oxucularımıza təqdim edirik.
Amerikalı analitik, enerji, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman qeyd edib ki, COP29 əvvəlki konfranslardan yaxşılığa doğru fərqlənir.
Bu, ilk növbədə iqlim layihələrinin maliyyələşdirilməsinin müzakirəsi ilə bağlıdır.
“COP 29-da biz artıq 100 milyard dollar dəyərində iqlim dəyişikliyi proqramları üçün maliyyələşdirmə barədə razılığa gəlmişik və görürük ki, biz ölkələrin qəbul etmək niyyətində olduqları konkret maliyyələşdirmədən danışırıq.
Tam oxu
Xəbəri oxu