Əcnəbi gəlin və kürəkənlərimizin sayı artır | Icma.az
Icma.az, Ayna portalına istinadən məlumat verir. Xarici həyat yoldaşı seçimi çox vaxt ənənəvi təməllərdən uzaqlaşmaq istəyi ilə əlaqələndiri
Bəziləri əmindir ki, səbəb qloballaşmadır və internet sayəsində hətta dünyanın o biri tərəfində də həyat yoldaşı tapa bilərsiniz.
Digərləri hesab edir ki, əsas məsələ respublikada turistlərin sayının artmasıdır.
2014-cü ildə Azərbaycanın qadın vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 1635 nikah, 2015-ci ildə 1291 nikah, 2016-cı ildə 1148 nikah bağlanıb.
2014-cü ildə Azərbaycanın kişi vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 1499 nikah, 2015-ci ildə 1281 nikah, 2016-cı ildə 1121 nikah bağlanıb.
2023-cü ildə 2203 Azərbaycan vətəndaşı (1133 qadın və 1070 kişi) əcnəbilərlə ailə qurub.
Bəzi ekspertlərin dediyinə görə, əgər əvvəllər ölkəmizdə əcnəbilərlə nikaha girən qadınlar daha çox idisə, indi kişilər praktiki olaraq onlardan geri qalmır.
Əsasən beynəlxalq münasibətləri seçənlər həyatlarını bu ölkələrin vətəndaşlığı olan Rusiya, Gürcüstan, İran azərbaycanlıları ilə bağlayırlar.
Tam oxu
Xəbəri oxu