Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Super Liqasının 25-ci həftəsində "RAMS Park"da "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, nəhəng derbidən əvvəl Türkiyə Futbol Federasiyası matçı sloveniyalı referi Slavko Vinçiçin idarə edəcəyini açıqlamışdı.
Beləliklə, Super Liqa tarixində 18-ci dəfə "Qalatasaray" - "Fənərbaxça" derbisini əcnəbi hakim idarə edəcək.
"Opta"nın məlumatına görə, Super Liqada əcnəbi hakimlərin idarə etdiyi derbilərdə komandalar hərəyə 5 qələbə qazanıb, 7 qarşılaşma isə heç-heçə başa çatıb.
Bu matçlarda komandalar ümumilikdə 32 qol vurub. "Qalatasaray" 14, "Fənərbaxça" isə 18 dəfə rəqib qapısına yol tapıb.
Cengiz Ünder "Los Anceles"də - RƏSMİ Karlo Ançelottidən tarixi uğur Xviçadan unikal nailiyyət Mbappe 500-ə çatdı Sabiq "Fənərbaxça"lı Niderland klubunu çalışdıra bilər