Əcnəbi mütəxəssislər milli komandaların bazasını ziyarət etdi

17.01.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.

Futbolpress.az xəbər verir ki, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.

Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью