Əcnəbi mütəxəssislər üçün miqrasiya qaydaları dəyişir

03.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə miqrasiya güzəşti tətbiq ediləcək.

Modern.az xəbər verir ki, bu, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, güzəşt aqroparkın rezidentlərinə, hüquqi şəxs olduqda isə onun rəhbərinə və rəhbər müavinlərinə də şamil ediləcək.

Aqropark rezidentləri tərəfindən əmək fəaliyyətinə cəlb edilən aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin isə müvafiq sahədə iş təcrübəsinə malik olması tələb olunacaq.

Dəyişiklik 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью