Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Türkiyənin “Eczacıbaşı Holdinq” şirkəti təmizlik kağızları sektorunda fəaliyyət göstərən “Sanipak” şirkətini bu sahədə dünyanın ən böyük şirkətlərindən birinin törəmə qurumu olan Malaziyanın “Arch Peninsula Sdn Bhd”yə (AP) satılması barədə razılığa gəlib.
Marja xəbər verir ki, 600 milyon ABŞ dolları dəyərində imzalanmış müqavilə, başda Türkiyənin Rəqabət Qurumu olmaqla, aidiyyəti ölkələrdəki tənzimləyici qurumların təsdiqindən sonra qüvvəyə minəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İmzalanmış müqavilə ilə bağlı danışan “Eczacıbaşı” qrupunun baş icraçı direktoru Burak Sevilengül bildirib:
“1969-cu ildə “İpek Kağıt” adı ilə başladığımız şəxsi gigiyena məhsulları sahəsində Türkiyənin ən sevilən və qabaqcıl brendlərini yaratdıq. Bu gün gəldiyimiz mərhələdə hesab edirik ki, “Sanipak” qlobal miqyasda böyümə potensialını ən yaxşı şəkildə reallaşdıra biləcək güclü beynəlxalq tərəfdaşla yeni bir mərhələyə qədəm qoyur.”