Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” (Video)

12.10.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin məşhur aktrisası Eda Ece serial və film çəkilişləri zamanı əməl etdiyi şəxsi qaydalarından danışıb.

Milli.Az-ın məlumatına görə, aktrisa öpüşmə və açıq-saçıq səhnələrdə rol almaqdan imtina etdiyini, geyim seçimində də müəyyən məhdudiyyətlərə əməl etdiyini bildirib. Onun açıqlamaları müzakirələrə səbəb olub.

Eda Ece ailə qurduqdan və ana olduqdan sonra bu məsələlərə daha həssas yanaşdığını vurğulayıb.

Aktrisa sevgi janrında olan "Netflix" layihəsində də öpüşmə səhnəsinə çəkilmədiyini, buna baxmayaraq, filmin yaxşı izlənildiyini qeyd edib.

Eda belə səhnələrdə rol alan həmkarlarını tənqid etmədiyini də xüsusi vurğulayıb. O, sadəcə öz seçimlərinin fərqli olduğunu bildirərək ailəsini ön planda tutduğunu deyib:

"Çəkiliş qaydalarım var. Öpüşmə və açıq-saçıq səhnələrə çəkilmirəm, dekolte geyinmirəm. Ərə getdikdən və ana olduqdan sonra bu məsələlərə daha çox diqqət edirəm. "Netflix"dəki filmim də sevgi filmi idi, orada da öpüşmədim. Film də yaxşı izlənildi. Filmlərdə öpüşənləri də tənqid etmirəm. Mən isə fərqli seçim edərək ailəmi üstün tuturam. Artıq "Hollivud"da aktrisalar bədənlərini istifadəyə vermək istəmir".

Sənətçinin şəxsi prinsipləri ilə bağlı açıqlaması sosial şəbəkələrdə maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью