Ədalət Məmmədov vəfat etdi FOTO

22.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.

1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə yer alıb.

UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью