Ədalət Partiyasının faktiki sədri kimdir? AÇIQLAMA

22.11.2025

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hazırda Ədalət Partiyasının sədri mənəm”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Mütəllim Rəhimli deyib. O bildirib ki, hazırda Ədalət Partiyasının legitim rəhbəri özüdür:

“Biz Ədliyyə Nazirliyindən bununla bağlı çıxarış almışıq. Vaxtilə mənim sədr olmağıma etiraz edən və uzaqlaşdırılmağımı istəyən 5 nəfər partiyadan gedib”.

Xatırladaq ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib. Partiyanın 17 may tarixində keçirilmiş IX qurultayında Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib. Lakin həmin vaxtdan 1 ay öncə mətbuatda M.Rəhimli Ədalət Partiyasından kənarlaşdırılması ilə bağlı xəbərlər yer alıb. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia edilib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью