Ədalət Partiyasının qurultayı keçiriləcək

14.04.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət partiyasının Siyasi Şurası partiyanın qurultayı ilə bağlı prosedurlara start verib.

Globalinfo.az bildirir ki, Siyasi Şuranin iclasında qurultayın çağırılmasının vacibliyi vurğulanıb.

İclasda Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri də iştirak ediblər.

Siyasi Şura və MNTK-nın birgə iclasında partiyanın növbəti IX Qurultayına hazırlıq məsələləri müzakirə olunub.

Qurultayın keçirilməsi üçün müvafiq addımların atılması Nizamnaməyə uyğun olaraq aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub.

Qurultayın keçirilməsi tarixini Ali Məclis müəyyənləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью