Ədalət Şükürov arıqlamasının səbəbini açıqladı

09.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Əməkdar artist Ədalət Şükürov arıqlamasının sirrini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi idmanla məşğul olduğunu və gündə 5 dəfə qidalandığını bildirib:

“Gündə mütləq 5 dəfə yemək lazımdır, yəməsəniz, arıqlamayacaqsınız. Əks halda insan müxtəlif xəstəliklərə yoluxa bilər. Hər gün 5 dəfə qidalanıram. Çox kiçik ölçüdə çörək də yeyirəm. Ümumiyyətlə hər şey yemək olar, amma onun miqdarı var. Şirniyat, kompot, təbii şirə və meyvə istifadə etmirəm. Məsələn, almanın kiçik bir hissəsini yemək olar. Mütləq göyərti və tərəvəzdən istifadə etmək lazımdır. Ən böyük təhrikçi isə çaydır. Çünki çayın yanında mütləq nəsə olmalıdır. Meyvə qurusundan adam arıqlamır, amma sağlam qidadır. İndi bir çox qidalar da sünidir. Adam özü bilmir nə yesin, nə etsin. Amma bacardığımız qədər sağlam qidalara üstünlük verməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью