Ədalət Şükürov “Bir Yaz Axşamı” yubiley konserti ilə səhnəyə çıxacaq

06.05.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq artisti Ədalət Şükürov paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

33 Event-in təşkilatçılığı ilə keçiriləcək "Bir Yaz Axşamı" adlı yubiley konserti mayın 13-də Heydər Əliyev Sarayı səhnəsində baş tutacaq.

Gecədə sənətçinin sevilən hitləri ilə yanaşı, yeni musiqi nömrələrinin də səsləndiriləcəyi gözlənilir. Konsert proqramı tamaşaçılara unudulmaz musiqi axşamı və zəngin səhnə performansı vəd edir.

Tədbirin yüksək səviyyədə təşkil olunacağı, canlı ifalar və xüsusi səhnə quruluşu ilə yadda qalacağı bildirilir.

Biletlər əldə etmək üçün

https://iticket.az/events/concerts/edalet-shukurov2026

Milli.Az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью