Icma.az bildirir, News24 saytına əsaslanaraq.
"Mən onu görəndə çox gümrah idi".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov Cabir İmanovun vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Cabir İmanovun səhhəti ilə bağlı heç vaxt şikayəti olmayıb:
“Düşünmürəm ki, bu hadisə idman etdiyinə görə baş verib. O, həmişə idmanla məşğul olub, daim formada qalıb. Sonuncu dəfə də çox arıqlamışdı, kostyum ona çox yaxşı yaraşırdı”.