Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqının Ukrayna ilə bağlı xüsusi tribunal yaratmaq təşəbbüsü hazırda beynəlxalq hüquq sistemində həm ədalətin bərpası, həm də siyasi təsir aləti kimi qiymətləndirilə biləcək mürəkkəb bir mexanizm kimi görünür.Bu tribunalın məqsədi Rusiyanın Ukraynada törətdiyi qətliam və hüquq pozuntularını beynəlxalq gündəmə çıxarmaqdır, lakin eyni zamanda onun siyasi funksiyası da diqqətdən yayınmır: Rusiya tərəfi tribunalın legitimliyini tanımadıqda, qərarların hüquqi təsiri və icrası məsələsi ciddi sual altına düşür.Eyni zamanda, Avropa İttifaqının 26 üzv ölkəsinin tribunalda iştirakı yalnız Ukraynanın maraqlarını deyil, həm də Avropada yeni hüquqi ittifaq və koordinasiya mexanizminin formalaşması perspektivini ortaya qoyur.
Avropa İttifaqının Ukrayna ilə bağlı xüsusi tribunal yaratmaq qərarı beynəlxalq hüquq sistemində ədalətin bərpasına xidmət edəcək, yoxsa Rusiyaya qarşı siyasi təzyiq alətinə çevriləcək?
Rusiya bu tribunalın legitimliyini tanımadığı halda, onun qərarları beynəlxalq miqyasda hüquqi gücə malik ola bilərmi?
Aİ-nin 26 ölkəsinin tribunalda iştirakı Avropada yeni hüquqi ittifaqın formalaşması kimi qiymətləndirilə bilərmi?Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Samir Hümbətov Avropa İttifaqının bu addımları yalnız Ukraynanın maraqlarını nəzərə alaraq atdığını düşünmür:"Burada həm də Rusiyaya qarşı bir təzyiq elementi görünür.
Yəni, ehtimallar daha çox siyasi xarakter daşıyır. Əgər Rusiya Avropa İttifaqının maraqlarına zidd hərəkətlər edərsə və Bloku sıxışdırmaq si
Ukraynanın məsələsi bir motiv ola bilər, amma əsas hədəf həm də Rusiyaya qarşı strategiya və təzyiq vasitəsidir".Yekun olaraq demək olar ki,
Tribunalın bir tərəfdən məqsədi Ukraynada baş verən hüquq pozuntularını beynəlxalq səviyyədə araşdırmaq və ədalətin bərpasına xidmət etməkdi