“Ədalətdən söhbət gedə bilməz, bu artıq qərəzdi” “Turan Tovuz” 17 nəfərə qarşı oynayır?

18.04.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA İntizam Komitəsinin “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevi sərt şəkildə cəzalandırdığını xəbər vermişdik.

Mütəxəssis “Turan Tovuz” – “Sabah” oyununda qırmızı vərəqə alandan sonra hakimləri təhqir etdiyinə görə üçü şərti olmaqla 5 oyun cəzalanıb. Klub buna görə 4000 manat cərimələnib, baş məşqçi üçün 3 aylıq sınaq təyin edilib.
Berdıyevə verilən cəza nə dərəcədə ədalətlidi? Bu sualı “Ultras Turan”ın rəhbəri Kamal Saqqayevə ünvanladıq:

“Ədalətdən söhbət gedə bilməz, bu artıq qərəzdi. Həmişə demişəm ki, 17 nəfərə qarşı mübarizə aparırıq – 4-ü meydanda, 2-si VAR-da və 11 futbolçu. “Turan”ımız var olsun. Hünərimiz var tarix yazmağa”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью