Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlumdur ki, Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, soyqırım, terrorçuluq və digər çoxsaylı cinayətləri ilə bağlı Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan barədə çıxarılmış ittiham hökmündən apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası xeyli vaxtdır davam etdirilirdi.
İlk öncə onu qeyd edim ki, Azərbaycan hökuməti məhkəmə iclasının açıq və beynəlxalq ictimaiyyətə tam əlçatanlığını təmin etmək üçün ən yüksək şəraiti yaratdı. Apellyasiya icraatı aparılan şəxslərin hər birinin erməni və rus dillərində tərcüməçi, habelə vəkillərlə təmin edilməsi, məhkəmənin canlı və açıq keçirilməsi şəffaflığın, beynəlxalq ədalət prinsiplərinin bərqərar olunduğunu göstərdi.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin müşahidəçi qismində iştirakı da ədalət mühakiməsinin tamamilə obyektivliyinə dəlalət edir.
Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə çıxarılan yekun məhkəmə qərarı isə ədalətin təcəssümü prinsipi ilə elan olundu. Belə ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünün dəyişdirilməməsi məhkəmə orqanının dürüstlüyünü, ədalətin alililiyini dünyaya nümayiş etdirdi.
Ancaq təəssüf ki, ABŞ və Avropadakı erməni lobbisinin maliyyəsi ilə Azərbaycana qarşı riyakar mövqe nümayiş etdirən bəzi siyasətçilər, xüsusilə də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Şerman, Avropa Parlamentinin üzvü Şvabe və digərləri qondarma rejim rəhbərlərini “hərbi əsir” kimi qələmə verməkdədir.
Birləşmiş Ştatların Konqresində vaxtilə yüksək post tutan ermənipərəst konqresmen Robert Menendesin siyasi xəttinin davamçıları olan bu şəxslər pul və bahalı sərvət qarşılığında Azərbaycan məhkəməsinin ədalətliliyinə kölgə salmağa çalışırlar.
Yada salım ki, vaxtilə Menendes Bayden hökumətinə arxalanaraq korrpsiya, siyasi dələduzluq, qızıl külçələr müqabilində ABŞ-ın yüksək vəzifəli dövlət məmurlarına təzyiq edir və müxtəlif ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə haqqında ədalətsiz qərarların qəbul olunmasında canfəşanlıq edirdi.
Bu korrupsioner cinakətkar şəbəkə Tramp Administrasiyasının ədalətli araşdırması nəticəsində ötən il ifşa edilərək törətdiyi cinayətlərə görə, həbs olundu.
Lakin Menendes və onun varisləri olan bir sıra siyasi alverçi hələ də ABŞ Konqresində qalır, ölkəmizin əleyhinə fəaliyyət göstərirlər.
Onlar erməni lobbisinin əmri ilə, qondarma rejimin liderlərinin cinayətkar əməllərinə haqq qazandırır, onları siyasi mıəhbus kimi təqdim etməklə, separtizmin müdafiəçiləri kimi çıxış edirlər.
Lakin onlar Cənab Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin qətiyyətinə, sarsılmaz iradəyə təsir edə bilməyin qeyri-mümkünlüyünü yaxşı anlamalıdırlar. Azərbaycan hərbi və diplomatik cəbhədə ermənilərə və onların havadarlarına ağır zərbə vurduğu kimi, hüquqi müstəvidə də son sözünü əzmlə göstərdi.
Heç kim bizimlə ultimatum dili ilə, təzyiq yolu ilə danışa bilməz.
Azərbaycan separatizmin kökünü kəsdiyi kimi, onların müdafiəçilərinin də çirkin oyunlarını pozmağı yaxşı bacarır.
O ki, qaldı, Azərbaycan məhkəmələrinin qərarını siyasiləşdirən konqresmenlərə, separatçılara dəstək verən həmin şəxslərin Menendes kimi siyasi dələduzluğunun da ifşa olunacağına şübhə yoxdur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor