Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Ötən həftənin çərşənbə günü həyata keçirilən edam zamanı ona iki doza pentobarbital vurulmasına baxmayaraq, Payk sağ qalıb. Bundan sonra o, xəstəxanaya yerləşdirilib və bir neçə gün huşsuz vəziyyətdə müalicə alıb.
Məhkumun vəkilləri bildiriblər ki, xəstəxana otağında qollarından qandallı saxlanılan Paykın sağalma prosesi tibbdə indiyədək rast gəlinməyən bir hadisədir.
Hüquqşünaslar və mütəxəssislər qeyd ediblər ki, ölümcül maddənin bədənə yeridilməsindən sonra sağ qalan başqa bir ölüm hökmü məhkumu ilə bağlı məlum fakt yoxdur.
Hadisədən sonra Tennessi ştatının qubernatoru Bill Li ilin sonunadək bütün edamların dayandırılması barədə qərar verib. Eyni zamanda, ştatın penitensiar sisteminə rəhbərlik edən şəxsin istefa verəcəyi açıqlanıb.
Paykın vəkilləri və mütəxəssislər məhkumun qollarında ciddi toxuma zədələnmələrinin olduğunu, onun qarşıda uzun və çətin bərpa dövrü keçəcəyini bildiriblər.
Səlahiyyətli qurumlar isə uğursuz edam cəhdindən sonra Paykın cəzası ilə bağlı hansı addımın atılacağı barədə hələlik rəsmi açıqlama verməyiblər.
Həmidə İbrahimova