Eddi Hau büdcə məhdudiyyətinə görə Nyukasl dan ayrıla bilər

31.03.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər

"Nyukasl"ın baş məşqçisi Eddi Haunun komandadakı gələcəyi şübhə altındadır.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub rəhbərliyi ilə 48 yaşlı məşqçi arasında bu yaxınlarda görüş keçirilib.

Görüşdə yay mövsümü üçün komandanın inkişaf və transfer strategiyası müzakirə edilib.

Mənbənin məlumatına görə, əgər komanda avrokuboklara vəsiqə qazana bilməsə, Hau mövsümün sonunda "Nyukasl"dan ayrılacaq. Klub rəhbərliyi baş məşqçiyə bildirib ki, mövcud büdcə heyətin əhəmiyyətli dərəcədə gücləndirilməsinə imkan vermir. Lakin, əgər "Nyukasl" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilsə, bu vəziyyət dəyişə bilər.

Eddi Haunun isə bu durumdan son dərəcə narazı olduğu və gələcəyini ciddi şəkildə düşündüyü bildirilir.

Qeyd edək ki, Eddi Hau 2021-ci ildən "Nyukasl"ı çalışdırır. Komanda o vaxtdan 224 matçda 114 qələbə qazanıb, 42 heç-heçə edib və 68 məğlubiyyət alıb. "Nyukasl" hazırda 31 matçdan sonra 42 xalla Premyer Liqada 12-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью