Eddi Hau "Nyukasl"dan gedir, əvəzləyicisi müəyyənləşdi

30.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Eddi Hau "Nyukasl"dan gedir, əvəzləyicisi müəyyənləşdi

"Nyukasl" baş məşqçisi Eddi Hau ilə yollarını ayırmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayderlər Fabritsio Romano və Devid Ornşteyn məlumat yayıb.

Mənbələrin iddiasına görə, 48 yaşlı mütəxəssis rəhbərliyə işinə fasilə vermək istədiyini bildirib və son 5 ildə çalışdırdığı komandadan ayrılmaq qərarı verib.

Romano yazır ki, İngiltərə klubu artıq yeni baş məşqçi ilə bağlı seçim edib. "Nyukasl"ın əsas namizədi hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdıran 38 yaşlı alman mütəxəssis Matias Yayssledir. Tərəflər arasında danışıqlar yekun mərhələdədir və razılaşmanın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Hau "Nyukasl"la 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda ötən mövsümü Premyer Liqada 12-ci pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью