Eddi Hau rəsmən göndərildi

31.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Eddi Hau rəsmən göndərildi

“Nyukasl”ın baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis bu qərarı özü verib. O, 2021-ci ilin noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunmuşdu. Haunun rəhbərliyi altında komanda iki dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və klub tarixində ilk dəfə bu turnirin pley-off mərhələsinə yüksəlib.

“Nyukasl” 2024/2025 mövsümündə Eddi Hau ilə İngiltərə Liqa Kubokunu qazanaraq 70 ildən sonra ölkədaxili ilk titulunu əldə edib.

Klubun yaydığı açıqlamada deyilir:

“Onun işə sevgisi, sədaqəti və şəhər, klub, eləcə də azarkeşlərlə əlaqəsi İngiltərənin şimal-şərqində çalışdığı müddət ərzində dəyişməz qaldı. O, klubun gələcəkdə möhkəm mövqeyə sahib olmasını təmin edəcək təməlin qoyulmasına kömək etdi.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью