Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Kulis.az Anar Şamilin "Ədəbi dairə" yazısını təqdim edir.
Satış məqsədilə istehsal edilən məhsul alıcısını tapmadıqda onun keyfiyyətli və ya keyfiyyətsiz olması hər hansı əhəmiyyət daşımır.Məhsulun istehlakı və keyfiyyət göstəricisi alıcıya tanıdılmasından asılıdır.
Müasir dövrdə ən əsas keyfiyyət meyarlarından biri satış sayıdır. Daha çox satılan daha keyfiyyətli hesab edilir.
Vicdanla işləyib həqiqətən keyfiyyətli məhsul ortaya qoymağa çalışan sahibkarlar, məhsulun tanıtım məsələlərinə diqqət ayırmadıqlarına görə istehsalı dayandırmalı olurlar.Hazırda iki təbəqə var: Kapitalının az bir hissəsini məhsulun keyfiyyətinə, çox hissəsini tanıtımına xərcləyib keyfiyyətli məhsul istehsal etdiklərini simulyasiya edənlər və kapitalın çox hissəsini məhsulun keyfiyyətinə xərcləyib müştərinin diqqətini çəkə bilməyənlər.Müasir Azərbaycan ədəbiyyatı da belə sahibkarlarla zəngindir.
Yazıçılar sözdən xammal kimi istifadə edir, onu istedadları ilə zənginləşdirərək düşünməyə sövq edən, cəmiyyətə yaxşı mənada təsir göstərən məhsul hazırlayırlar.
Digər sahə ilə məşğul olan sahibkarlar kimi, onların da vicdanla işləyəni və ya simulyasiya edəni var.
Bu gün Azərbaycan ədəbiyyatında tanıtım məkanlarının ən birincisi sosial şəbəkələrdir.
Burada isə biz “Əks-səda kamerası” (echo chamber) hadisəsini müşahidə edirik.