Ədəbi prosesin və ədəbi mühitimizin 2024cü ili Cavanşir Yusifli ilə Yeni il söhbəti | Icma…
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir. Kulis.az ədəbiyyat tənqidçisi Cavanşir Yusifli ilə müsahibəni təqdim edir.
- Cavanşir müəllim, Azərbaycan tənqidçiliyi Azərbaycan ədəbiyyatını izləyə bilir, yoxsa yox? - Qismən izləyir.
Gərək əvvəlcə izləməyin mənasını açıqlayaq ki, xronoloji şəkildə nə deməkdi.
İllər üzrə, mahiyyətcə, bütün əsərlər – bunlar ayrı-ayrı kontekslərdə nəzərdən keçirilə bilər. Bu mənada deyirəm ki, qismən izləyir.
Tənqidin janrları var. Tutaq ki, icmal var. Hər il o icmalları yazırlar, çap olunur.
Həmin icmallarda, demək olar ki, bütün əsərlər və tendensiyalar əksini tapir.Akademiyanın Ədəbiyyat instutunda “İlin ədəbi yekunları” var, orda bütün janrlar üzrə məruzələr edilir.
Bu lap çoxdan başlayıb, Yaşar Qarayevin vaxtından. İndi isə bir az da genişlənib, esseyə, publisistikaya qədər. Amma bilirsən necədi?
Ədəbi proses haqqında tənqidçi günlərlə dayanmadan danışa bilər, amma adama elə gələ bilər ki, sən, əslində, proses haqqında heç nə demədin.Çünki, yenə deyirəm, izləməkdən izləməyə fərq var.
Tam oxu
Xəbəri oxu