Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kulis.az Gülyaz Əliyevanın ötən günlərdə dünyasını dəyişən ədəbiyyatşünas, tənqidçi İradə Musayeva haqqında "Ədəbi tənqidimizin boyu uzun Burla Xatunu" yazısını təqdim edir.
Mən bu yazını 2018-ci ildə yazmışam. Onunla ilk tanışlığımızdan sonra, tanışlığımızın təəssüratıyla.
İlk dəfə onun yazısını feysbukda oxuyanda üslubunu, fikirlərini bəyəndim, dedim, bax, bu kimdirsə, yazı müəllifinə əsl tənqidçi demək olar.
Hər şeyi çox gözəl analiz edir, nəticə çıxarır. Düzü, ona qədər bu xanımla heç bir tanışlığım yox idi, kim olduğunu belə bilmirdim.
Yazılarını tez-tez ədəbiyyat müəllimləri qruplarının birində paylaşdığı üçün əvvəl elə bildim ki, orta məktəbdə ədəbiyyat müəllimidir.
Oxuduğum ilk yazısı tələbəlik xatirəsi idi. İnstitut illərindən bəhs edirdi və bu xatirələrdən ilhamlanıb mən də o tərzdə bir yazı yazdım, y
Məqaləni o xanıma yolladım və onun yazılarının təsiri ilə yazdığımı, oxuyub rəy bildirməsini xahiş etdim.