Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XX yüzildə Azərbaycan filologiya elminin inkişafında əvəzsiz xidmətləri olan professor Hadi Mirzəzadənin arxivini bir müddət əvvəl ailəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təhvil verib. Həmin eksponatların müəyyən hissəsi muzeydə Hadi Mirzəzadəyə həsr edilmiş guşədə yerləşdirilib.
Burada görkəmli alimin şəxsi əşyaları, məktubları, müxtəlif əlyazmaları, ömrünün ayrı-ayrı dövrlərini əks etdirən foto-şəkillər toplanıb.
Artıq professor Hadi Mirzəzadə ona məhrəm insanların əhatəsindədir.
Qeyd edək ki, genişləndiriləcək ekspozisiyanın açılışı payızda baş tutacaq.
Qabil YUSİFOĞLU
XQ