Ədəbiyyat qəzeti nin keçmiş baş redaktoru vəfat etdi

11.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Tanınmış şair, tərcüməçi, "Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru Ayaz Vəfalı vəfat edib.
Bizim.Media xəbər verir ki, A.Vəfalı 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959). 
O, əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. (Lent.az)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью